sorğu
Səbail rayonu Badamdar bələdiyyəsi Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə maliyyə yardımı edib.
Vəsait Türkiyə Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyədən verilən məlumatda bildirilir ki, bələdiyyə iclasının qərarıyla bu məbləğin həcmi beş min manat müəyyən edilib.
Bələdiyyə iclasında iştirak edən hər bir üzv belə çətin anda qardaş Türkiyəyənin yanında olduqlarını bildiriblər.
Belediyye.info