"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Badamdar bələdiyyəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətiyilə müsiqili tədbir keçirilib

--2022-12-30 / 09:01

Badamdar bələdiyyəsinin təşkilatçılığı və Badamdar qəsəbə Mədəniyyət evinin yaxından iştirakıyla N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətiyilə müsiqili tədbir keçirilib.

şəhid valideynlərinin və qazilərin də iştirak etdiyi bayram tədbirində əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni oxunub.

Tədbirdə şəhid valideynləri əsgər və zabitləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətiyilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar. şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident ilham əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bayram tədbiri bədii hissə və incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Belediyye.info

ŞƏRHLƏR