Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun bu gün doğum günüdür.
Səbail RiH-in təşəbbüsü, Səbail rayonu Badamdar bələdiyyəsinin təşkilatıçılığı, habelə Səbail və Bibiheybət bələdiyyəsinin iştirakıyla iyulun 16-da şəhidin ailə üzvləri, döyüş yoldaşları tərəfindən və rayonun məsul vəzifəli şəxsləriylə birgə ziyarət edilərək xatirəsi ehtiramla anılmışdır. Məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Səbail RiH başçısı Vuqar Zeynalovunda qatıldığı ziyarətdə eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Cavidan Ağayev Ağdam Xocavənd istiqamətdə şəhid olub. oktyabrın 2 də Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti ilham əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti ilham əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|