Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tagiyev əli Aydin oğlunun yeddi avqust tarixi doğum günüdür.
Qeyd edək ki, şəhid əli Tagiyev yeddi avqust 1997-ci ildə imişli rayonunda anadan olub. əli Tagiyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüslərdə qəhrəmancasına şəhid olub. O həmdə aprel döyüşlərinində iştirakçısı olub. Ölumunen sonra 15.12.2020 ci ildə “Vətən Uğrunda” medalı, 24.12.2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub. Badamdar qəbrstanlıgında dəfn olunub.
Səbail RiH-in təşəbbüsü, Səbail rayonu Badamdar bələdiyyəsinin təşkilatıçılığı avqustun yeddisində şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayonun məsul vəzifəli şəxsləriylə birgə şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmışdır.
Bu barədə məlumatı Səbail rayonu Badamdar bələdiyyəsi məlumat yayıb.
Məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Səbail RiH başçısı Vuqar Zeynalovunda qatıldığı ziyarətdə eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Belediyye.info
|
|
|
|
|
|