"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Badamdar qəsəbəsində Vətən Müharibəsi şəhidi Fərid əliyevin doğum günü qeyd olunub

--2021-08-15 / 10:56

Səbail rayonu Badamdar qəsəbəsində Səbail RiH-in təşəbbüsü və Səbail rayon Badamdar bələdiyyəsinin təşkilatçılığı ilə   Vətən Müharibəsi şəhidi Fərid əliyevin doğum günü qeyd olunub.

Müzəffər Ali Baş Komandan cənab ilham əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri və 14 avqust 1994-cü ildə anadan olan Fərid əliyevin 25 yaşı qeyd olunmuşdur.

şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı şəhidin ailə üzvləri, Səbail Rayon icra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Rayon icra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin əməkdaşları, rayonun fəal könüllüləri və gənclər tərəfindən ziyarət edilib və döyüşlərdə şücaət göstərən igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Noyabrın beşində şəhidlik zirvəsində ucalan Fərid əliyev ölümündən sonra “Vətən uğrunda” medalı təltif olunmuşdur.

şəhid ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

ŞƏRHLƏR