Bu gün Badamdar qəsəbəsində oldum. Qəsəbənin mərkəzi sanki tikinti meydançasına bənzəyir. Tikinti əlindən qəsəbədə boş yer yoxdur. Hər yerdə yeni tikililər inşa edilir. Hansı icra başçısının vaxtında başlandığı mənə maraqlı olmasada, hər halda hərəkətlilik baxımından qəsəbədə vəziyyət heç də ürəkaçan deyildi. Nə isə. Sözüm ondadır ki, qəsəbədə tikinti anarxıyası davam etməkdədir.
Qəsəbəyə gəlməkdə isə məqsədim ərazidə formalaşan bələdiyyənnin fəaliyyətinə sakinlərin verdiyi qiyməti öyrənmək idi. Bu barədə növbəti yazıda fikirlərimi qeyd edəcəyəm.
Qəsəbənin əsas gəzinti zonası olan “Heydər əliyev parkına” gəldim. Park kiçik bir ərazini əhatə etsədə bu gün qəsəbə sakinlərinin yeganə istirahət mərkəzidir. Maraqlı məqamları telefona köçürəndə isə şəkildə gördüyünüz işçi yaxınlaşaraq az qalmışdı desin ki, nəyi çəkirsiniz və niyə çəkrsiniz. Bu məqamda sözə başlamamış onu sual atəşinə tutdum. Açığı eyni zaman da bu qədər sual verəcəyimi belə düşünmürdüm.
Maraqlı insan idi. “Bakı abadlıq” müəssisəsində çalışır. əməkhaqqından narazı deyil. Maaşını vaxtlı-vaxtında alır. Lakin kasıbçılıqdan gileyləndi. Oğlunu evləndirmək üçün bankdan götürdüyü pulu hələ də qaytarır. Hiss edirdin ki, işinə etibarlıdır. Qız nəvəsidə varmış. Gözaydınlığı da verdim. Qısa dialoqda həyatının hər məqamına toxundu. əl qabarıynan, hallalıqla pul qazanır...
Sonda bir şəkildə çəkdim. Amma etiraf edim ki, nətər maraqlı danışdısa adını öyrənməyi belə unutdum...
(ətraflı növbəti yazıda)
Vüqar Tofiqli