"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bağ massivlərində dezinfeksiya işləri aparılıb

--2016-09-01 / 22:51

Binəqədi rayon Binəqədi bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyyənin inzibati ərazisinə aid  olan Novxanı, Goradil və Fatmai bağlar massivində məişət tullantılarının yığılması üçün nəzərdə tutulan konteynerlərin və xüsusi yerlərin sanitar-gigiyenik qaydalarının tələblərinə uyğun olaraq dezinfeksiyası işləri aparılıb.

Bələdiyyədən daxil olan məlumatda daha sonra qeyd edilir ki, bələdiyyə inzibati ərazisində daim təmizliyin qorunması və ərazinin ekoloji tarazlığını qorumaq məqsədiylə addımlar atır.

Bunun üçün bələdiyyənin əməkdaşları sistematik olaraq sakinlər arasında söhbətlər aparır və əraziləri daim  sanitar normalara cavab verməsi üçün addımlar  atır.

Belediyye.info

 

ŞƏRHLƏR