"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bağışla bizi, bağışla yasəmən-ESSE

--2018-04-29 / 19:39

Yasəmən heç bilməzdim məni bu qədər kövrəldəcəksən...

Bir qocanın yaşlı qırışmış əsən əllərində acizcə onun kimi dilənəcəksən, mən də sənə baxacam, birdə o qocaya.

Böyük Moll- qarşısında insanlar və o qoca və əlindəki sən -Yasəmən.

Gəncliyini qürururnu sənə sığışdıran bu qocanın ümüd dolanışıq çörək yeri Yasəmən.

Sənin də belin o qoca baba kimi ortadan ümüdsizcə bölünmüsdü. Bəlkə də ətrin də qalmamışdı, çünki solurdun. Onlarca insan keçirdi yanınızdan. O qoca dilənçi deyildi, amma səni satırdı. Kimsə qocanı dilənçi sayıb Yasəməni almadan pul verəndə qoca baba israrla səni - Yasəməni satdığını, əks təqdirdə pulu götürməyəcəyini deyirdi. Kövrəkdim halınıza yasəmən kövrəkdim...

Bağışla sən sevgililərin əlində şux durmalıydın, amma bir beli bükülmüş ahılın əlində son ümüd olmamalıydın.

Bağışla bizi, bağışla yasəmən..

Səbinə Abdullayeva

Xətai bələdiyyəsinin üzvü

ŞƏRHLƏR