Qubadlının işğalından 24 il ötür
31 avqust 1993- 31 avqust 2017. Vətən, torpaq, doğma yurdun dağı, daşı, havası, suyu fövqəladə cazibə qüvvəsi ilə harada yaşamasından asılı olmayaraq, insanı daima özünə tərəf çəkir. Hər bir kəsə doğulduğu, üzərində ilk kövrək qədəmlərini qoyduğu torpaq müqəddəsdir, əzizdir.
Lakin erməni adlı zalım qəsbkar məni doğma, müqəddəs torpağımdan məhrum etdi. O erməni ki, tarix boyu bizlərə düşmən, qənim kəsilib.
Hər qarışı mənə əziz olan doğma Qubadlım illərdir düşmən tapdağı altında inildəyir, yaralı aslan kimi durmadan nərə çəkir. Lakin nə hayına hay verən tapılır, nə də, imdadına yetişən.
Uzun illərdir ata-baba yurduma, doğma torpağımın qoxusuna, tər çiçəklərinin ətrinə həsrət qalmışam. Tale ağacının ən nisgilli budağına qonan, qanadı qırıq quş misali bu həsrətin yanğısı qəlbimi yandırır-yaxır. Bağışla məni Mirsədi babam. Mən sizləri, əzizlərimi gəlib ziyarət edə bilmirəm. Çox istəsəm də, əlimdə deyil. Allah baisin evini yıxsın...
Yadımdadır...
Sizləri son dəfə ziyarət edəndə uşaq olsam da, hər şeylə maraqlanırdım.
***
Canım əmim! Bilirəm babam qədər, sən də nigaransan. Bağışla məni gücüm yalnız göz yaşlarıma və etdiyim dualara çatır. Vallah əlimdə imkan olsa quş olub uçar, sərhədləri maneəsiz aşaraq, ziyarətinə gələrdim. .
Mənfur erməni qəsbkarları üzündən öz doğma yurd-yuvalarından qaçqın düşən qubadlılar pərən-pərən olub ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşdılar. Səfalı rayonumuzun buz kimi sərin, göz yaşı kimi dupduru suyundan içən, təmiz havasını udan, dədə-baba torpaqlarından, ev-eşiklərindən ayrı düşən cəbrayıllıların çoxu aranın istisinə, nəfəs kəsən bürküsünə, bulanıq, lilli suyuna öyrəşə bilmədilər, şəraitsiz vəziyyətdə dünyalarını dəyişdilər. Uşaqlıq xatirələrim məni qanadlarına alıb şirinli, şəkərli keçmişimə, doğma rayonumuza aparır. Tarixi dədə-baba torpaqlarından didərgin düşən, yurd həsrəti, torpaq nisgili ilə yaşayan hər bir qarabağlının ən böyük arzusu doğma yurd-yuvasına qayıtmaqdır. inşəAllah dilədiyimiz o müqəddəs günü görmək bizlərə nəsib olar.
Qarabağda, doğma Qubadlıda görüşmək ümidi ilə.....
Könül Quliyeva
Qubadlı şəhər sakini