2016-cı ildə Bakı bələdiyyələrinin 8.887.300 manat büdcə daxilolmaları olub. Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən verilib.
əldə edilən vəsaitin 63.2 faizi əmlak və torpaq vergisindən yığılıb. Ötən illə müqayisədə torpaq vergisnin yığımında 11.4 %, əmlak vergisinin həcmi isə 6.3 faiz artıb.
Maliyyə istiqamətlərindən ən çox sanatoriya- kurort, mehmanxana və tuizm ödənişlərindən daxil olub. Bu istiqamətdən 52 Bakı bələdiyyələri 840.800 manat əldə edib. Ötən illə müqayisədə bu 44 faiz artım deməkdir.
Bələdiyyə büdcəsinə Avtodayanacaqlardan 93.400 manat, bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən 616.900 manat, dotasiyadan isə 1.012.600 manat vəsait daxil olub.
ən az vəsait küçə reklamlarından 5.700 manat və 1800 manat mədən vergisindən daxil olub.
Digər istiqamətlərdən bələdiyyə büdcəsinə 689.900 manat vəsait daxil olub.
Maraqlı məqam ondadır ki, Bakı bələdiyyələri əldə etdiklərin maliyyənin 60.2 faizini özlərinə xərcləyiblər. Bu ötən ildəki rəqəmdən 6.6 artıq deməkdir.
Belediyye.info