"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı Böyükşəhər bələdiyyəsi: ehtimallar və reallıqlar-CiDDi

--2018-07-19 / 04:23

Bu günlər də Bakı şəhər icra Hakimiyyətinə yeni təyinat gerçəkləşdi. Səbail RiH başçısı olan Eldar əzizov icra başçısının müavini təyin edildi. Qeyd edək ki, ötən ilin 20 iyul tarixində 2001-ci ildən bu vəzifəni icra edən Rauf Pənahov dünyasını dəyişmişdi. Demək olar ki, bir il idi vəzifəyə təyinat olmamışdı.

Ancaq başçı vəzifəsi hələdə boşdur. Və əlavə edək ki, bu vəzifəyə təyinat olanadək səlahiyyətləri Eldar əzizov icra edəcəkdir.

Ancaq bir qədər geriyə baxsaq görərik ki, ötən iki il müddətində prezident sərəncamıyla Bakı şiH-ə aid bir sıra səlahiyyət və bu struktura aid qurumlar ya ləğv edilib, ya da səlahiyyətin icrası digər dövlət qurumlarına verilib. Nəticədə Reklam və informasiya idarəsi, avtodayanacaq sistemninin aid olduğu Xüsusi təyinatlı Avtonəqliyyət idarəsi, “Bakubas” nəqliyyat idarəsi Bakı şiH balansından çıxarılıb. Bununla yanaşı pilot layihələrin icrasıyla bağlı tikinitlərə razılığın verilməsi RiH-lərə həvalə edilmişdi.

Etiraf edilməlidir ki, bu təşkilatlar  de-fakto və de-yure qazanc gətirən idarələr idi.

Beləliklə, bütün bu prosesdən məntiqlə hansı qənaətə gələ bilərik?

Növbəti ildə, sayca beşinci bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq, güman etmək olar ki, bütün bunlar bir növ Bakı Böyükşəhər bələdiyyəsinin yaradılmasına hazırlıq mərhələsi hesab edilə bilər. Onu da əlavə edək ki, Bakının inzibati ərazisində 1999-cu ilin dekabrında keçirilən ilk bələdiyyə seçkilərində 49, sonrakı illərdə daha 4 bələdiyyə yaradılaraq sayı bu gün 53-ə çatıb. Üst üstə bu bələdiyyələrin büdcə gəlirləri 10 milyon manata çatmır.

ikinci bir məqam ondadır ki, Azərbaycan Avropa şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Demək, irəli sürülən ehtimal növbəti ildə reallaşa bilər. Namizəd kimi də bu quruma məhz Eldar əzizov irəli sürülə bilər. Bəlkə də birbaşa təyinatın olmaması da məhz bununla bağlıdır. indiki təyinat isə seçkilərədək olan müddətdə icra strukturunda nizam intizamin yaradılması məqsədi daşıya bilər.

Eldar əzizov keçmiş sovet partiya-komsomol məktəbini keçmiş kadrlardandır, həm də elm adamıdır, bununla yanaşı iqtidarın etibarlı kadrlarındandır, ən əsası ictimai nüfuz sahibidir. Harada çalışmasından asılı olmayaraq təmənnasız kadr kimi tanınıb. Bakı şəhər icra Hakimiyyətində çalışdığı illərdən başlayaraq, müstəqil ölkəmizin idarəçilk məktəbini keçərək Gəncə və Sumqayıt kimi nəhəng şəhərlərə rəhbərlik etmişdir.

Sözsüz ki, bütün bunlar yalnız ehtimallardır.

Ümid etmək olar ki, dövlət başçısının səlahiyyətinə aid olan bu məsələ tezliklə öz həllini tapacaqdır.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği”ictimai Birliyin sədri

 

ŞƏRHLƏR