"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı rayonlarının icra başçıları: KiM KiMDIR

--2017-04-25 / 17:16

Bakı şəhərində formalaşan 12 rayon icra hakimiyyəti başçıları arasında ən stajlısı Xəzər rayon icra Hakimiyyətinin başçısı Gülağa islamov hesab olunur. Gələn il  70 yaşını qeyd edəcək Gülağa islamov  19 dekabr 1948-ci ildə Bakıda anadan olub.

O bu vəzifəyə   22 il əvvəl, yəni  25 yanvar 1995-ci il tarixdə təyin edilib.

***

Yasamal rayon icra Hakimiyyətinin başçısı ibrahim Mehdiyev artııq on bir ildir ki vəzifəyə təyinat alıb. Ancaq qeyd edilməlidir ki,  icra başçısı kimi onun 16  illik staji vardır. Bundan əvəl isə i.Mehdiyev 6 il ərzində (28.06.2000-ci ildən – 26.09.2006-ci ilədək)  Xətai RiH başıçısı vəzifəsində çalışıb.

i.Mehdiyev Ağdaş rayonunda anadan olsa da, orta Yevlax şəhərində, ali təhsilini isə  Bakı şəhərində alıb. O, 1969-cu ildə M.əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutunu bitirib.

2016-cı ildə “şöhrət” Ordeni ilə təltif olunub.

***

Səbail RiH başçısı Eldar əzizovun 17 illik staji vardır. Bu vəzifəyə təyanatadək o,  Nizami RiH-başçısı (2000-2003), Gəncə şiH başçısı (2003-2011), Sumqayıt şiH-in başçısı (2011-2015) vəzifəsində çalışıb.

Bu il 60 yaşını qeyd edəcək  Eldar əzizov  1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə  diplomu ilə bitirib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputatı seçilib.

1980-ci ildə “şərəf nişanı” ordeni ilə təltif edilib.  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir.

***

Xətai RiH başçısı Razim Məmmədov da stajli icra başçılarındandır. 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olan R.Məmmədov 26 sentyabr 2006-cı il tarixdə bu  vəzifəyə təyinat alıb.

R. Məmmədov 1991-ci ildə Moskva Kooperasiya institutunun əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

***

Qaradağ  RiH başçısı Süleyman  Mikayılov yeddi il əvvəl bu vəzifəyə təyin edilsə də, ümumən on iki illik icra başçsı stajı vardır.

2005-ci ilin may ayından  dekabr ayınadək Yardımlı RiH-nin, 21 dekabr 2005-ci il tarixindən Lənkəran şiH-nin başçısı olub. O, Azərbaycan Respublikası Prezidentinin  04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

1962-ci ildə aprelin 27-də anadan olan S.Mikayılov 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

***

Hazırda Nəsimi RiH başçı olan Asif əsgərov  iki il əvvəl bu vəzifəyə təyinat alsa da,  icra baçşısı kimi on bir illik staji vardır.

15 fevral 2006-cı ildən Zaqatala Rayon icra Hakimiyyətinin başçısı, 25 iyun 2009-cı il tarixdən Səbail Rayon icra Hakimiyyətinin başçısı və 2 sentyabr 2015-ci il tarixdən isə Nəsimi Rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvüdür.

1966-cı ildə Naxçıvan şəhərində anadan olan A.əsgərov  1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu və 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasını fərqlənmə diplomları ilə bitirib. Respublikanın əməkdar məşqçisi və Respublika Dərəcəli hakimdir.

***

Bakı şəhəri Nizami Rayon icra Hakimiyyətinin başçısı  Arif Qasımov  22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon icra Hakimiyyətinin başçısı təyin edilib. Ancaq bu təyanta dək o Siyəzən  RiH başçısı vəsifəsinə təyinat almışdı.  Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan MR,  şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət iqtisad institutunu,  Naxçıvan Dövlət Universitetini bitirib.

***

Adil Vəliyev   2012-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu icra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib.

A.Vəliyev 20 Aprel 1960-cı ildə Qubadlı rayonunun əfəndilər kəndində anadan olub.  1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb.

***

Xaləddin isgəndərovun icra başçısı fəaliyyətinin beş ili tamam olub.

5 noyabr 1962-ci ildə       Göranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib.

26 aprel 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

***

Pirallahı rayon icra Hakimiyyətinin başçısı  Vasif  imanov   Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 O,  1961-ci ildə Zəngəzur mahalının ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan inşaat Mühəndisləri institutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasını bitirib.

Hazırladı: Belediyye.info

ŞƏRHLƏR