Bakı şəhər icra Hakimiyyətindən bildirilib ki, bu gün gecə saatlarından etibarən Bakı şəhər icra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar. şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. işlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı şəhər və Rayon icra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.
Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.
Bakı şəhər icra Hakimiyyəti
|
|
|
|
|
|
|
|