Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin tapşırığına əsasən Bakı şəhər icra Hakimiyyətində geniş müşavirə keçirilib.
AZəRTAC xəbər verir ki, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar keçirilən müşavirədə Dövlət şəhərsalma və Arxitektura Komitəsinin sədri, əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, “Azərişıq”, “Azəravtoyol”, “Azərsu” ASC-lərin sədrləri, SOCAR-ın “Azəriqaz” istehsalat Birliyinin rəisi, Bakı şəhəri rayonlarının və Abşeron rayonunun icra hakimiyyətlərinin başçıları, Bakı Apelyasiya Məhkəməsinin, Bakı şəhərinin, paytaxt rayonlarının və Abşeron rayon məhkəmələrinin sədrləri, prokurorları, polis idarələrinin rəisləri, Bakı şəhər rayonlarının və Abşeron Rayon icra Hakimiyyəti başçılarının qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat verib.
Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd olunan Fərmanın icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı çıxış edib, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına çatdırıb.