"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı şəhər icra Hakimiyyətində yeni qurum yaradıldı

--2019-02-05 / 06:30

Baş nazir Novruz Məmmədov Bakı şəhər icra Hakimiyyəti ilə bağlı qərar imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, qərara əsasən Bakı şəhər icra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı şəhər əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

 əmlak Məsələləri Dövlət Komitəsinə Bakı şəhər icra Hakimiyyəti başçısının tabeliyində “Bakı şəhər əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı şəhər icra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

http://qafqazinfo.az/news/detail/baki-seher-icra-hakimiyyetinde-yeni-qurum-yaradildi-242903

 

 
ŞƏRHLƏR