"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı şiH-dən çimərliklərlə bağlı açıqlama

--2019-06-25 / 15:44

15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı şəhər icra Hakimiyyəti Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Departamentdən bildirildi ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bakı şiH

ŞƏRHLƏR