"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda ağacların reyestrinin yaradılmasına başlanılıb

--2022-12-30 / 07:51

ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırlıması və təbii sərvətlərdən səmərəli istifadə daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti layihəyə stat verilib. Heydər əliyev Fondunun vitse-prezidenti iDEA ictimai birliyinin təsisçisi və sədri Leyla əliyevanın təşəbbüsü ilə paytaxtda ağacların qeydiyyata alınmasına və nömrələnməsinə başlanılıb. Bununla da ağacların reyestrinin yaradılmasına start verilb.

Layihənin iDEA ictimai birliyinin, Ekologiya və Təbii sərvətlər nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin yaxından iştirakıyla həyata keçirilməsi nəzərdə tutulub.

Nərimanov rayonunda, Ataturk parkında həyata keçirilən layihə çərçivəsində ilk qeydiyyat lövhəsi Heydər əliyev Fondunun vitse-prezidenti, iDEA ictimai birliyinin təsisçisi və sədri Leyla əliyevanın iştirakıyla vurulub. Tədbirdə Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirak edib.

Layihənin ilk mərhələsi iDEA ictimai birliyinin, Ekologiya və Təbii sərvətlər nazirliyinin və Nərimanov bələdiyyəsinin yaxından iştiakıyla həyata keçirilir. Nəriamov bələdiyyəsinin könüllülərinin iştirakıyla xüsusi olaraq “G” kodlu etiketli nömrələnmə sistemi rayon ərazisndə bütün ağaclara vurulacaq.

Layihə çəçivəsində paytaxtın hər bir ərazisində olan ağacların elektron bazası yaradılacaq. Bunun üçün xüsusi olaraq internet resursun da yaradılması nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=LKpNenlcpls

ŞƏRHLƏR