|
Bakı, 23 noyabr, SalamNews. Sabah əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda işgüzar Forum keçiriləcək. SalamNews xəbər verir ki, forumun keçirilməsində məqsəd torpaq münasibətlərinin tənzimlənməsində əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Tədbirdə Komitənin Aparatı, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edəcəkdir. |
- http://salamnews.org/az/news/read/197307#sthash.XW1U13Co.dpuf