Bakıda “əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar Forum keçirilib.
əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov Prezident ilham əliyev tərəfindən komitənin yeni əsasnaməsinin təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyaların müəyyən olunduğunu deyib.
Bildirib ki, vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsində və idarəçiliyində innovativ üsulların və yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görülür. Artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə başlanılıb. Bununla əlaqədar müfəttişlər tərəfindən bu günədək qanunvericiliyin 2132 dəfə pozulması halı aşkar edilib. Eyni zamanda, 54 hal üzrə inzibati protokol tərtib olunub. Həmçinin, 35 hal üzrə 65 min 608 manat cərimə olunması barədə qərar verilib.
Qeyd olunub ki, mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı beynəlxalq təcrübə öyrənilir. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi və istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Forumda çıxış edən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə çıxışında torpaq sənədlərinin alqı-satqıya hazırlanmasıyla bağlı sənədləşdirmə prosesinin sadələşdirilməsi və prosesin bir pəncərə sistemiylə həyata keçirilməsiylə bağlı təklif və tövsiyələrini bildirib. əmlak Məslələri üzrə Dövlət Komitəsiylə bələdiyyələr arasında elə bir mexanizm qurulmalıdır ki, vətəndaş prosesdən narazı qalmasın, eyni zamanda vaxt itgisinə yol verilməsin: “Çalışmaq lazımdır ki, vətəndaş bələdiyyədən narazı qalmasın. Vətəndaşın bələdiyyədən narazı getməsi ümumilikdə vətəndaşın dövlətdən narazı qalması kimi başa düşülməlidir. Hec bir bələdiyyə belə bir məqama qol qoymamaldır.”
Forumda əmlak Məsləsəri üzrə Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi şöbəsinin müdiri Rafiq Süleymanov geniş məzmunlu təqdimatla çıxış edərək, komitənin bu istiqamətdə atdığı addımlardan, qanunvericilikdə edilən dəyişikliklərdən, elektron bazanın yaradılmasından danışaraq bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışıb.
R.Süleymanov çıxışında komitə və digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər barədə məlumat verib.
Forumda həmçinin torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılmasının qarşısının alınması barədə görülən tədbirlərdən bəhs edilib. Torpaqların təyinatına zidd istifadəsi nəticəsində torpağın münbitliyinə və yararlığına olan mənfi təsirlər və yaradacağı ziyanlar barədə söhbət açılıb. Bildirilib ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilir. işgüzar Forumda torpaqların mühafizə zonaları ilə qanunvericiliyə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir. Forumda komitənin torpaq bazarının təşkili sahəsində həyata keçirdiyi tədbirlər barədə danışılıb və torpaq münasibətlərinin tənzimlənməsində mövcud çətinliklər müzakirə olunub. Bildirilib ki, bəzi hallarda ərazinin planlaşdırılması və tikintisi layihələrinin tələbləri, habelə yeraltı və yerüstü kommunikasiya xətlərinin mühafizə zonaları müvafiq qurumlar tərəfindən nəzərə alınmır.
Sonda qeyd olunub ki, komitə ilə bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaqların dövlət idarəedilməsi, səmərəli istifadəsi və nəzarəti, torpaq bazarının təşkili sahəsinə öz töhfəsini verəcək. Bu, həmçinin effektiv idarəetmə metodlarının və müasir yanaşmaların kompleks tətbiqinə öz müsbət təsirini də göstərəcək.
Məlumat AZəRTAC-ın materialları əsasında hazırlanıb
|
|
|
|
|
|
|
|
|
|
|
|