Yasamal rayonu 5 mərtəbə kimi tanınan ərazidəki iki yaşayış binasının sökülməsinə qərar verilib.
Fins.az Xəzər TV-yə istinadən xəbər verir ki, buna səbəb binaların qəzalı vəziyyətdə olmasıdır. Yasamal rayon Icra Hakimiyyəti tərəfindən bina sakinlərinə bildirişlər göndərilib. Bildiriş də qeyd olunub ki, binalar 1 həftə ərzində boşaldılmalıdır. icra hakimiyyətindən sakinlərə ödəniləcək kompensasiyanın məbləği də açıqlanıb.
Yasamal rayonunda iki yaşayış binası təcili söküləcək. Mirzağa əliyev küçəsində 150 və 152 saylı binaların sakinlərinə rayon icra Hakimiyyətindən mənzilləri təcili boşaltmaq xəbərdarlığı edilib. Çünki, binalar son dərəcə qəzalıdır və sökülməsinə zərurət yaranıb.
Bildirişdə o da qeyd olunub ki, sakinlər ödəniləcək kompensasiyaya görə 42 saylı Mənzil istismar sahəsinə müraciət etsinlər
Yasamal rayon icra Hakimiyyətinin memarı Eyvaz Bağırov deyir ki, həmin binalar 2011-ci ildən qəzalı hesab edilir. Onun sözlərinə görə, binaların sakinlərinə mənzilin hər kvadrat metrinə 1500 manat pul ödəniləcək
Eyvaz Bağırov bildirib ki, yaşayış binasının 1 həftə ərzində boşaldılması nəzərdə tutulub.
http://fins.az/emlak/895768/Bakida_iki_bina_tecili_sokulur___VIDEO.html