Bakının Nəsimi rayonunda açılışı bu günlərdə nəzərdə tutulan Nəsimi RiH-in təşəbbüsü və Nəsimi Bələdiyyəsinin təşkilatçılığı ilə “izmit parkı”nın istifadəyə hazırdır. Cavadxan küçəsində olan parkda son tamamlama işləri yekunlaşıb. Parkın açılışı may ayının 10-u Ulu öndər Heydər əliyevin ad gününə nəzərdə tutulub. Bu barədə Belediyye.infoya daxil olan məlumatı Nəsimi bələdiyyəsində də təsdiq ediblər.
əlavə edək ki, ərazidə quraşdırılan idman qurğuları Nəsimi Bələdiyyəsiylə qardaşlıq əlaqəsi olan Türkiyənin izmit bələdiyyəsinin hədiyyəsidir.
Parkın açılış mərasimində iştirak etmək üçün Türkiyənin Kocaeli vilayətindən geniş tərkibli heyəti paytaxtımıza səfər edəcək.
Heyətə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, izmit bələdiyyəsinin sədr müavinləri Serkan Yeğnidəmir və Güray Oruç, izmitin park və bağlar müdiri Ayhan Varol və başqaları daxildir.
Bilal Dündar məlumat verib ki, səfər çərçivəsində Türkiyə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, digər toplantılara qatılacaq və mətbuat konfransı keçirəcək.
Belediyye.info