"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda torpaq bahalaşıb

--2017-10-17 / 04:52

Qafqazinfo” xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət ibrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda torpaq bazarında qiymətlər 1.61 faiz artıb, ilin əvvəli ilə müqayisədə isə 4.2 faiz azalıb.

N.ibrahimov daşınmaz əmlakın digər sahələrində də qiymət artımının olduğunu bildirib. Onun sözlərinə görə, kommersiya obyektləri bazarında ay ərzində qiymət artımı 1.5 faiz təşkil edib, ilin əvvəli ilə müqayisədə isə 14.83 faiz azalma olub.

Ekspert bildirib ki, obyektlərin icarəsi bazarında da ay ərzində 5.75 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 14.45 faiz azalma olub. Ekspertin sözlərinə görə, ümumən daşınmaz əmlak bazarı üzrə ay ərzində 0.46 faiz artım olub, ilin əvvəli ilə müqayisədə isə 3.58 faiz azalma qeydə alınıb.

N.ibrahimov qeyd edib ki, sentyabr ayında qiymətlərin artmasına səbəb daşınmaz əmlak bazarında aktivliyin artmasıdır: "Sentyabr ayında məzuniyyətlər bitdi və insanlar yenidən bazarda aktivləşməyə başladılar".

http://qafqazinfo.az/news/detail/bakida-torpaq-bahalasib-199810

ŞƏRHLƏR