Bu gün Bakı şəhərində avtodayanacaq sisteminin qurulması istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən, habelə dövlətin müvafiq qurumları tərəfindən ciddi addımlar atılır. Bir çox ərazilərdə yeraltı və yerüstü avtomobil dayanacaqları inşa edilımiş və vətəndaşların istifadəsinə verilmşdir. Lakin bizim bu yazının əsas məqsədi bu istiqamətdən daxil olan ödənişin səviyyəsi və ümumiyyətlə bu sahənin idarəedilməsiylə bağlı real vəziyyətə aydınlıq gətirməkdir.
ilk olaraq deməliyəm ki, müşahidələrdən belə qənaətə gələ bilərik ki, Bakı şəhərində avtomobil dayanacaqları gəlirli sahə olduğundan bu sahəyə nəzarət uğrunda yerli özünüidarəetmə orqanları formalaşdırıldığı ildən etibarən ciddi mübarizə gedir. Məhz bu mübarizəinin nəticəsidir ki, son illərdə dəfələrlə bu sahəyə nəzarət “sahibi” konkret olaraq dəyişilib.
Beləliklə, gəlin son iyirmi ildə avtodayanacaqlarla bağlı paytaxtda yaranmış vəziyyətə qısa bir nəzər salaq.
*
əvvəlcə qeyd edək ki, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”(1999), (maddə 7.1.6) həm də “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) Qanunlarında əsasən bu istiqamətdən daxil olan ödənişin məhz yerli orqanlara aid edilməsi birmənalı olaraq göstərilir. Adıçəkilən qanunlardan irəli gələrək həmin dövrdə paytaxtın icra başçısı Bakı şəhərində olan dayanacaqların bələdiyyələrə verilməsi barədə sərəncam imzalayaraq (01.09.2000-ci il tarixli â„– 849 saylı), dayanacaqları müvəqqəti olaraq bələdiyyələrin istifadəsinə verib və bu addımını “icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin maliyyə problemlərinin həll olunmasına kömək məqsədi ilə” həyata keçirildiyini sərəncamda qeyd edib. Təxminən bir il sonra paytaxtın o dövrdə yeni təyin edilən icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən imzalanmış sərəncamla “Bakı şəhərinin ərazisində yerləşən gündüz avtomobil dayanacaqlarının bələdiyyələrə verilməsi barədə BşiH başçısının 01.09.2000-ci il tarixli â„– 849 saylı sərəncamının ləğv edilməsi və Bakı şəhərində minik avtomobilləri dayanacaqlarının işinin təşkilinin tənzimlənməsi haqqında” â„– 655 saylı 15.10.2001 bələdiyyələr həmin maliyyə mənbəyindən məhrum oldular.
Sərəncamda maraqlı bir məqamı diqqətə çatdıraq. Belə ki, sərəncamda göstərilirdi ki, “son vaxtlar Bakı şəhərinin küçə və meydanlarında, hökumət və dövlət idarələrinin, iri ticarət mərkəzlərinin, əhalinin istirahət etdiyi park və bağların ətrafında ayrı-ayrı şəxslər tərəfindən kortəbii şəkildə minik avtomobilləri dayanacaqlarının təşkili geniş yayılması onu göstərir ki, müvafiq bələdiyyələr Bakı şəhərinin ərazisində minik avtomobilləri dayanacağı işinin təşkilinin lazımi səviyyədə qurmayıblar ki, bu da dayanacaqlarda əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarıb”. Beləliklə, o illərdə şəhərdəki hərəkət qarışıqlığına görə, bütün məsuliyyət bələdiyyələrin üzərinə atılıb və səbəbkar kimi yerli orqanlar ciddi ittiham edilirdilər.
Ümumiyyətlə Hacıbala Abutalıbovun Bakı şiH-nə rəhbərliyi dövründə açıq etiraf etməliyik ki, bələdiyyələrə ögey münasibət bəslənilmiş, bir sıra hallarda bütün neqativ halların baş verməsinin əsas səbəbkarı kimi bələdiyyələr günahlandırılmışdır.
Cənab Prezident ilham əliyevin söylədiyi kimi bütün hallarda bələdiyyələr “icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz”lər fikri eks-merin bu fikirlərini alt-üst edir.
Bu sahəyə nəzarət keçmiş Nəqliyyat Nazirliyinə verilsə də, sonradan təkrar olaraq Bakı şiH -ə həvalə edildi. Və ən müasir standartlara cavab verən biləcək bir sahə yaradıldığnı da qeyd etməliyik. Bütün paytaxt küçə və prospektlərində ən müasir parkomatlar quraşdırldı, fəaliyyət dairəsi müəyyən edildi. Üstəlik Ticarət və Xidmət Departamentinin nəzdində təsərrüfat hesablı bir müəssisə də yaradıldı. ilk Avropa Oyunları ərəfəsində sistem işə salındı və həqiqətən də işlədi.
Amma az müddətdə. Bu uğurdan başı gicəlnənən müəssisə rəhbərliyi tərəfindən DYP ilə razılaşdırılmamış və lazımsız yerlərdə saysız hesabsız parkomatlar quraşdırıldı, Bu da öz növbəsində şəhərdə həm hərəkət sıxlığı yaratdı, həm əhalinin haqlı narazılığına səbəb oldu. Nəticədə müəssisə rəhbəri işdən azad edildi.
Təəsüflə qeyd edim ki, bir xeyli müddət məhz büdcə vəsaitləri hesabına alınan parkomatlar sonradan kimlər tərəfindənsə nəzarətsiz saxlanıldı və az müddətdən sonra söküldü. iki il əvvəl ölkə başçısının imzaladığı müvafiq sənədə görə bu sahəyə nəzarət yenidən Bakı şəhər icra Hakimiyyətidən alınaraq bu dəfə Bakı Nəqliyyat Agentliyinə verildi. Hər kəs bu istiqamətdə irəliləyişin olacağını düşünsədə, sahənin inkişafı və mövcud problemlərin aradan qaldırılması üçün elə də ciddi layihələrin icra edilmədi. Yəni sahəyə nəzarət tam həyata keçirilməmiş qaldı. Ancaq milyonlarla manat vəsait nə dövlət büdcəsinə, nə də yerli büdcəyə daxil olmaq əvəzinə hansısa işbaşların cibinə yönəldi. Baxmayaraq ki, bu sahədən kifayət qədər maliyyə vəsaiti yığılır. Təəcüblü gələn bir məqamda ondadır ki, indiyədək müvafiq qurumlar tərəfindən verilən hesabatlarda avtodayanacaqlarla bağlı rəqəmlər heç vaxt səsləndirilməyib. şəffaflıq demək olar ki, təmin edilməyib.
**
indisə mövcud vəziyyətə toxunaq. Bütün küçə və prospektlərdə gündüz avtomobil dayanacağı faktiki olaraq fəaliyyətdədir və PUL YIÄžILIR. Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyi hər bir dayanacaqda lövhə vuraraq, tariflərin müəyyən ediləcəyi günə qədər dayanacaqların pulsuz olduğunu qeyd edib. Bu gün dayanacaqlardan, habelə gecə məhəllədaxili dayancaqlardan, o cümlədən şəhərin mərkəzində istifadəyə verilən yeraltı və yerüstü dayanacaqlardan kifayət qədər maliyyə vəsaiti toplanılır. Və yeni daha müasir dayancaqlar da tikilməkdədir. Lakin bunlardan yerli bələdiyyə büdcəsinə ya vəsait daxil olmur, ya da çox cüzi vəsait köçürülür. Bundan əlavə mərkəzdə yerləşən iri avtodayanacaqlar isə ümumiyyətlə əldə etdiyi maliyyə vəsaitindən yerli büdcəyə köçürülməli olan ödənişi etmək niyyətində deyillər. Səbəb kimi həmin ərazilərin guya bələdiyyənin mülkiyyətində olmaması göstərilir. Lakin qanunda mülkiyyətində deyil, məhz ərazisində olmasının göstərilməsi də bəzən hansısa səbəbdən məhkəmə prosesində qəbul edilmir. Nəticədə bələdiyyələrimiz məğlub durumda qalmalı olurlar. Baxmayaraq ki, passivlik göstərən bələdiyyə sədrləri ilə yanaşı təşəbbüskar olub məhkəmə çəkişməsinədək mübarizə aparanlarda az deyil.
***
Son iyirmi ildə bələdiyyə büdcəsinə avtodayanacaqlardan daxil olan ödənişlərin həcminə diqqət yetirək.
2002-ci ildə 93.300 manat, 2003-cü ildə 70.480 manat, 2004-cü ildə 119.840, 2005-ci ildə 40.800 manat, 2006-cı ildə 315.400, 2007-ci ildə 113. 800 manat, 2008-ci ildə 51.400 manat, 2009-cu il 44.700 manat, 2010-cu ildə 48.800 və ən nəhayət 2020-ci ildə 238.600 manat vəsait əldə edə biliblər. Göründüyü kimi bu sahənin əldən ələ keçməsi nəticəsində bələdiyyələrə daxil olan maliyyənin həcmi də dəyişir.
Beləliklə, avtodayanacaqlardan daxil olan ödənişin büdcədaxilolmalarındakı həcmi 3 faizə çatmır. Halbuki təxmini hesablamalar göstərir ki, ümumilikdə ay ərzində ortalama rəqəmlə paytaxt dayancaqlarından ay ərzində bir milyon manata yaxın maliyyə vəsaitinin toplanıldığı deyilir. Onu da əlavə edək ki, bu rərəmdən dövlət büdcəsinə aid olan köçürmələrdə də qeyri-dəqiqliyin olması şübhəsizdir. Ancaq nəzarət mexanizmi qurulmuş olsa, bu bələdiyyə büdcəsinə ödənilən vəsaitin ümumilikdə büdcə vəsaitinin 10 faizdən daha çox ola bilər. Bir şərtlə ki, danayacaq sahibi olanlar qanuna riayət edib üzərilərinə düşən məsuliyyət yükünü başa düşmüş olsunlar.
****
Sözsüz ki, bələdiyyələrlə bağlı bütün problemlərin həlli istiqamətində Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyası da öz sözünü deməyə borcludur.
Hər birimiz qəbul etməliyik ki, bütün hallarda bələdiyyələrə əlavə vəsaitin daxil olması sonda seçicinin probleminin həlli deməkdir. Odur ki, Bakı şəhər icra Hakimiyyətinin, Bakı Nəqliyyat Agentliyinin rəsmilərini bələdiyyələrin fəaliyyətinin diqqətdə saxlamağa, onlarla əməkdaşlıq etməyə və paytaxtımızın abadlığı istiqamətində bələdiyyələrə dayaq durmaqla bağlı ürəkli addım atmağa səsləyirəm. Dayanacaq sahiblərindən isə xahiş edirəm ki, gedib səs verdikləri bələdiyyələrə problem yaratmaqdansa bu qurumların inkişafına dəstək versinlər.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri
P.S. Bu mövzu ilə əlaqəli tərəflərin fikir və mülahizələrini dinləməyə və saytda yerləşdirməyə hazırıq
əlavə olaraq tanış olmaq olar