sorğu
Bakının iki bələdiyyəsində sədr dəyişkiliyi baş verib. Belə ki, Sabunçu rayonu Ramanı bələdiyyəsi xanım intizar Rzayevə öz ərizəsiylə sədrlik postunu təhvil verib. Onun yerinə əvvəl sədr müavini işləyən Turqay Qəribov seçilib. Binəqədi rayonunun Biləcəri bələdiyyəsinə yeni sədr seçilib. Bu vəzifəyə bələdiyyə üzvü Etibar Cabbarov seçilib.
əlavə edək ki, həmin bələdiyyənin keçmiş sədri ilham Xəlilov 2020-ci il dekabrın 2-də koronavirusdan vəfat etmişdi.
Belediyye.info