Sentyabrın 15-də Nəsimi Rayon icra Hakimiyyətində Nəsimi rayon bələdiyyəsi və Türkiyənin izmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb.
Iimzalanma mərasimində çıxış edən Nəsimi Rayon icra hakimiyyətinin başçısı Asif əsgərov Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini deyib. Bu əlaqələrin dünyada nümunə olduğunu diqqətə çatdıran Asif əsgərov iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulanıb ki, Ulu Öndər siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycanın hərtərəfli yüksəlişinə və dövlətimizin möhkəmlənməsinə, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafına xüsusi diqqət göstərib. Hazırda bu siyasət Prezident ilham əliyev tərəfindən uğurla davam etdirilir. Bələdiyyələr barədə danışan A. əsgərov qarşılıqlı təcrübə mübadiləsinin faydalı olduğunu söyləyib.
izmit bələdiyyəsinin sədri Nevzat Doğan ölkələrimiz arasında dostluq və qardaşlığın əbədi olduğunu vurğulayıb, bələdiyyənin fəaliyyətindən, əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmindən bəhs edib.
Görüşdə izmit bələdiyyəsinin sədrinə qədim və müasir Bakının təsvirləri yer alan rəsm əsərləri bağışlanıb.
Daha sonra Nəsimi rayon bələdiyyəsi və Türkiyənin izmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb. Sənədi Nevzat Doğan və Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov imzalayıblar. Məqsəd iki bələdiyyə arasında qardaşlıq, dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.

