Sabunçu rayon Bakıxanov bələdiyyəsi qəsəbədə abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün əlavə olaraq müqavilə yoluyla 18 nəfəri dalandar-xadimə kimi işə götürüb. Bələdiyyə iclasının qərarıyla işə götürülənlər əsasən qəsəbənin aztəminatlı ailələrinin təmsilçiləridir.
Sədr Ramiz Nəsibovun Belediyye.info saytına verdiyi məlumata görə, bələdiyyə bu addımıyla prezident ilham əliyevin çağırışına qoşulub. 180 manat həcmində əməkhaqqı verilən dalandarların hər biri üçün iş bölgüsü aparılıb.
Sədrin sözlərinə görə, bu gün qəsəbədə aparılan bütün təmizlik işlərini bələdiyyə həyata keçirir: “Məqsədimiz sakinlərin etimadını qazanmaqla yanaşı, onları bələdiyyə verigilərini vaxtında ödəməyə səsləməkdir. ərazisini təmiz və abad görən sakin, sözsüz ki vergiləri də ödəməyə maraqlı olacaqdır.”
Belediyye.info
|
|
|
|
|
|
|