“Sabunçu rayon Bakıxanov bələdiyyəsi daim qəsəbə ərazisində sosial layihələrlə yanaşı idmanın inkişafına da diqqət göstərir. Dövlətimizin idmana göstərdiyi qayğıya bələdiyyələrdə öz töhvəsini verməlidir”-bu sözləri Belediyye.infoya Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov deyib.
Sədrin sözlərinə görə, bələdiyyə iclasında müzakirə edilən məsələlərdən biri də bələdiyyənin basgetbol komandasını yaratmaq olub. Məqsəd gənclərimizi asudə vaxtını səmərəli təşkilinə nail olmaqdır.
Cari ilin sonunadək qəsəbədə bununla bağlı idman kompleksini inşa etdirmək niyyətindəyik.
Sədr sonda Bakıda formalaşan digər 52 bələdiyyə sədrlərinə səslənərək onları da belə komanda yaratmağa dəvət etdi.
Komandalar çox olarsa bələdiyyələr arası yarışlarda keçirmək olar.
Belediyye.info