"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi bildirişlərin paylanılmasını başa çatdırıb

--2016-08-16 / 22:46

Sabunçu rayon Bakıxanov Bələdiyyəsi Vergi Xidmətinin rəisi əntiqə Məmmədovanın  Belediyye.infoya verdiyi məlumata görə, hazırda bələdiyyənin vergi müfəttişləri  əhaliyə əmlak və torpaq vergisinin ödənişi üçün bildirişlərin paylanılması başa çatıb.

Hazırda  vergi xidməti  tərəfindən  vergi ödəyicilərinin siyahısı dəqiqəşdirilərək, bələdiyyə büdcəsinə daxil olacaq maliyyə vəsaitinin həcmi müəyyən edilib.

Vergi xidməti rəisinin sözlərinə görə, qəsəbənin inzibati ərazisində  zəbt edilmiş ərazilərin siyahısı dəqiqləşdirilib.

Hazırda vergi müfəttişləri əhali arasında ciddi şəkildə maarifləndirmə işləri aparır, vergi ödənişlərinin  önlayn ödənilməsi  üçün  ciddi işlər  həyata keçirilir.

Qeyd edək ki, əntiqə Məmmədova ilk bələdiyyə seçkilərindən maliyyə məsələləri üzrə məsul şəxs kimi uzun müddətdir ki  Bakıxanov Bələdiyyəsində çalışır.

Belediyye.info

ŞƏRHLƏR