sorğu
Sabunçu rayon Bakıxanov bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, qəsəbənin Aşıq Pəri küçəsindən Bülbülə gölü istiqamətində salınan yeni yola bələdiyyənin maliyyə vəsaitiylə asfalt örtüyü vurulur. Yaxın günlərdə asfalt örtüyü ilə yanaşı ərazidə yaşıllaşdırma işləri də başa çatdırılacaq. Qeyd edək ki, layihəyə ötən ildən start verilib və mərhələli şəklidə Bakixanov bələdiyyəsi tərəfindən icra olunur.
Xatırladaq ki, Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov ötən ildə rayonun abadlıq və quruculuq işlərindəki səmərəli fəaliyyətinə görə Sabunçu rayon icra Hakimiyyətinin “Fəxri fərmanı”yla təltif olunub.
Belediyye.info
|
|
|
|
|
|