"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi daha bir layihəyə yekun vurdu

--2017-05-17 / 17:03
Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən qəsəbənin M.Fətəliyev küçəsində abadlıq işlərini başa çatdırıb.
Bələdiyyənin müvafiq strukturlarının fəaliyyəti nəticəsində  mərkəzi avtomobil yolunun piyada xətti boyunca qazon zolağı, gül çiçəkliklər əkilib, əraziyə məhəccərlər quraşdırılıb.
Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, may ayı ərzində ərazidə bələdiyyə əməkdaşlarının yaxından iştirakıyla iməciliklər keçirilib və ərazidə təmizlik və abadlıq işləri davam etdirilib.
 
Belediyye.info
ŞƏRHLƏR