"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi daha bir layihəyə yekun vurdu

--2018-05-25 / 11:24

Sabunçu rayonu Bakıxanov bələdiyyəsi daha bir layihəyə yekun vurdu. Qəsəbənin Xəlilbəy Xasməmmədov, 79 ünvanında Bakıxanov bələdiyyəsinin inzibati binasının qarşısından keçən hissəsindəki yolun asfalt qatı yenisi ilə dəyişdirilmişdir.

Layihəni Bakıxanov bələdiyyəsinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Bakıxanov bələdiyyəsinin 10.08.2017-ci il tarixli iclasının qərarına əsasən yaradılan “Sabunçu rayonu, Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən icra olunub. Bu MMC tərəfindən icra olunan sayca onuncu layihədir. Qeyd edək ki, həmin ərazidə bu günlərdə fəaliyyətə başlayacaq bələdiyyənin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-nin ofisi yerləşir.

Belediyye.info

  

ŞƏRHLƏR