"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi General Mehmandarov parkında təmir-bərpa işlərini davam etdirir

--2015-11-19 / 13:58

Sabunçu rayonu Bakıxanov bələdiyyəsi qəsəbə ərazisində iri layihələrin icrasını davam etdirir. Hazırda qəsəbə ərazisində olan general  Mehmandarovun adını daşıyan parkda abadlıq işləri həyata keçirilməkdədir.

Sədr Ramiz Nəsibovun Belediyye.info saytına verdiyi məlumata görə, rəhbərlik etdiyi bələdiyyə ilin sonunadək parkda nəzərdə tutulan işləri yekunlaşdıracaqdır: “Bələdiyyəmizin əsas məqsədi qəsəbə sakinlərinə xidmət göstərməklə onların maddi-rifah halının yaxşılaşdırılmasına çalışmaqdır.

Məqsədimiz həm də,  sakinlərin etimadını qazanmaqla yanaşı, onları bələdiyyə verigilərini vaxtında ödəməyə  səsləməkdir. ərazisini təmiz və abad görən sakin, sözsüz ki vergiləri də ödəməyə maraqlı olacaqdır.”

Xatırladaq ki, bələdiyyə bundan əvvəl qəsəbənin  81 küçəsində abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün əlavə olaraq müqavilə yoluyla 18 nəfər qəsəbə sakinini dalandar-xadimə kimi  işə götürüb.

Qeyd edək ki, bələdiyyə iclasının qərarıyla işə götürülənlər əsasən qəsəbənin aztəminatlı ailələrinin təmsilçiləridir.

Belediyye.info

ŞƏRHLƏR