"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi hesabat verdi

--2016-01-28 / 13:51

Bakıxanov qəsəbəsi 252 saylı  tam orta məktəbin akt zalında Bakıxanov bələdiyyəsinin və Bakıxanov qəsəbə icra nümayəndəliyinin birgə hesabat yığıncağı keçirilib.  Hesabat yığıncağında  Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev, icra başçısının müavinləri  Aftandil Hüseynzadə və  Arzu Məmmədova, habelə rayonun  digər rəsmiləri iştirak edib.

Tədbiri giriş sözüylə açan icra başçısı Adil Vəliyev ölkədə gedən proseslərə toxunaraq, hər bir qurumun öz işinə məsuliyyətlə yanaşmalı olduğunu bildirərək, bu poroseslərdə bələdiyyələrində üzərinə məsuliyyət yükünün düşdüyünü bildirib: “Sevindirici haldır ki,  Bakıxanov qəsəbəsində  yerli bələdiyyə  bütün proseslərdə aktiv  iştirak edir və qəsəbə icra nümayəndəliyi ilə birgə layihələri icra etməklə  rayon icra hakmiyyətinin apardığı işlərə  dəstək verir.”

Yığıncaqda Bakıxanov  bələdiyyəsinin sədri Ramiz Nəsibov “2015-ci ildə bələdiyyənin hesabatı və cari ildə qarşıda duran vəzivələr barədə” geniş məruzəylə çıxış edib. Sədr məruzəsində bələdiyyənin fəaliyyətinə ətraflı toxunub.

Onun sözlərinə görə, 2015-ci ili bələdiyyə üçün dönüş ili hesab etmək olar. Belə ki, nəzərdə tutulan 200 min manat büdcə gəlirləri əvəzinə 330 min manat vəsait toplanılıb. Bundan əlavə bələdiyyə qəsəbənin abadlıq işlərinə kifayət qədər vəsait ayıraraq ciddi layihələrə imza atıb. Bununla yanaşı 18 nəfəri dalandar kimi işə gotürərək, onların hər birinə 250 manat məbləğində əməkhaqqı verir. Məqsəd həm aztəminatlı ailələrin üzvlrini işlə təmin etmək, həmdə qəsəbnin təmizliyini diqqətdə saxlamaqıdır.

Rayon ziyalılarının, ağsaqqallarının qatıldığı hesabat yığıncağında Bakıxanov qəsəbə icra nümayəndəliyinin da hesabatı dinlənilmişdir.

 Hesabat yığıncağında sakinlər çıxış edərək öz münasibətlıərini bildirərək, görülən işlərin qənaətbəxş olduğunu qeyd ediblər.

Yığıncaqda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

 Belediyye.info

 

ŞƏRHLƏR