"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi inzibati binada təmir işlərini başa çatdırıb

--2016-02-16 / 19:37

Sabunçu rayonu Bakıxanov bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, on altı illik fəaliyyəti dövründə ilk dəfə olaraq  Bakıxanov bələdiyyəsi inzibati binasında təmir işlərini başa çatdırıb.  Artıq  inzibati binada bələdiyyə quluqçularının fəaliyyəti üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, son altı ay ərzində bələdiyyə bir sıra ciddi layihələrə imza atıb. Hazırda qəsəbədə bələdiyyə yarmarkasının inşası üçün lazmi layihə-smeta sənədləşdirmə işləri başa çatmaq üzrədir. Yaxın aylarda bələdiyyə yarmarkasının tikintisinə başlanılacaq.  

Habelə bələdiyyə yerli vergilərin onlayn ödənişinin təmin etmək məqsədiylə E-manat sisteminə  qoşulub. Yaxın günlərdə isə bələdiyyənin internet resursu da istifadəyə veriləcəkdir.

Belediyye.info 

ŞƏRHLƏR