"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi inzibati binasının təmirinə başlayıb

--2015-10-14 / 13:42

Sabuncu rayon Bakıxanov bələdiyyəsindən Belediyye.infoya verilən məlumata görə, hazırda bələdiyyənin inzibati binasında ciddi təmir işlərinə start verilib.

1999- cu ildən fəaliyyətdə olan bələdiyyənin inzibati binasında bu günədək təmir işləri aparılmadığından bələdiyyə qulluqçularının fəaliyyəti üçün hər hansı şəraitin olmadığı deyilir. 250 kv.m-lik ərazidə artıq daxili imkanlar hesabına aparılan təmir işlərinin cari ilin sonundaək başa  çatdırlması  planlaşdırlıb.

Qeyd edək ki, inzibati bina hələ ki, bələdiyyənin mülkiyyətinə verilməyib.

Xatırladaq ki, bundan əvvəl də qəsəbədə bələdiyyə tərəfindən bir sıra  ciddi layihələrə start verilib.

Bələdiyyədən verilən məlumata görə, bu addımlar xüsusən sədr dəyişikliyindən sonra bir qədərdə  intensivləşib.

Xatırladaq ki, hazırda bələdiyyənin sədri vəzifəsini bundan əvvəl sədr müavini olan  Ramiz Nəsibov icra edir.

Belediyye.info  

  

ŞƏRHLƏR