“Sabunçu rayon Bakıxanov bələdiyyəsi kənd təsərrüfatı məhsullarının istehsalı və satışının təşkil ilə bağlı addım atıb”-bu fikri Belediyye.infoya Bakıxanov bələdiyyyəsinin sədri Ramiz Nəsibov bildirib.
Sədrin sözlərinə görə, bu barədə qərar bələdiyyə iclasında qəbul edilib:“Biz bələdiyyələr ölkəmizdə qeyri-neft sektorunun inkişafına öz töfhəmizi verməliyik. Bugün bələdiyyəmiz Abşeron rayon Məhəmmədi qəsəbəsində üç hektarlıq ərazinin bələdiyyə tərəfindən istifadə edilməsi üçün icarəyə götürüb.
Məqsəd ərazidə kənd təsərrüfatı məhsullarının istehsal etməklə qəsəbə sakinlərinə bazar qiymətlərindən ucuz satmaqdır. Pomidor, xiyar və digər ərzaq məhsulları əkilməsi üçün artıq hazırlıq işlərinə başlanılıb.
Burada salınacaq istixana tam müasir standartlara cavab verəcəkdir.
Artıq qəsəbədə kənd təsərrüfatı məhsullsarının satışı üçün yarmarkanın layihəsinin texniki-iqtisadi əsaslandırması hazırlanır”
R.Nəsibovun sözlərinə görə, cari ilin ikinci yarısına kimi bu istiqamətdə bələdiyyənin nəzərdə tutduğu işləri başa çatdırmaq niyyətindədir.
Belediyye.info