"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi məhəllədaxili yolların təmirinə başlayıb

--2016-03-04 / 13:01

Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyə iclasının qərarıyla  qəsəbədə məhəllədaxili yolların təmirinə başlanılıb. Artıq ş.Kamilov və  N.ismayılov küçələrinin kəsişməsi, o cümlədən qəbiristanlığa gedən yolda təmir bərpa işlərinə start verilib.

Qəsəbədə abadlıq işlərinin davam etdiriləcəyini bildirən  sədr   adıçəkilən layihənin ilin sonunadək davam etdiriləcəyini və qəsəbədə məhəllədaxili bütün yollarda bərpa işlərinin aparılacağını  qeyd edib.

Görülən işlərin fotolarını təqdim edirik.

Belediyye.info  

 

ŞƏRHLƏR