"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi mənəvi dəyərlərə xidmət edən daha bir layihəyə imza atıb

--2017-07-06 / 16:17

Sabunçu rayon Bakıxanov bələdiyyəsi milli mənəvi dəyərlərə xidmət edən daha bir layihəyə imza atıb.

Bələdiyyə iclasının qərarıyla qəsəbənin Leyla Məmmədbəyova küçəsində yerləşən qəbristanlığa gedən yola asfalt örtüyünün vurulmasına hazırlıq işləri görülür.

Yaxın bir ay ərzində ərazidə abadlıq işləri başa çatdırılacaqdır.

Qeyd edək ki,   Bakıxanov bələdiyyəsi daim seçicilərinin təkliflərinə diqqətlə yanaşır və maliyyə vəziyyəti imkan verdikcə layihələri icra  edir.

Belediyye.info  

ŞƏRHLƏR