"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi qəsəbənin abadlıq-quruculuq işlərində yaxından iştirak edir

--2018-01-29 / 15:26

Ulu Öndər Heydər əliyev bələdiyyələrin yaranmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd etmişdi ki: “Bələdiyyələr dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərinə götürəcək, dövlətin yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi və gələcək fəaliyyəti bizim cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün cox vacibdir.” 

 Ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından 18 ildən artıq bir vaxt keçir. Bu müddət ərzində bələdiyyələrin fəaliyyətinin daim inkişaf etməsinə dövlət qayğısı gücləndirilmişdir. Biz də Bakıxanov Bələdiyyəsi olaraq bu qayğını daim hiss etməklə yanaşı üzərimizə düşən vəzifələri lazımınca yerinə yetirmək üçün işimizi mütəmadi olaraq təkmilləşdirir və müasir dövrün tələblərinə uyğunlaşdırırıq.

Son illərdə möhtərəm Prezidentimizin bələdiyyələrlə bağlı imzaladığı Sərəncamlar bələdiyyələrin inkişafına müsbət təsirini göstərməkdədir.

“Biz hər birimiz xalqımızın xidmətindəyik” deyən möhtərəm Prezidentimiz ilham əliyevin bu fikrini rəhbər tutaraq Bələdiyyəmiz də daima ölkəmizdə gedən davamlı inkişafa layiq olmağa çalışır. Bu sırada  görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə Bakıxanov bələdiyyəsi 2017-cı ildə Yerli büdcənin formalaşmasına xüsusi diqqət ayırmışdır. Belə ki,  əhali arasında aparılan maarifləndirmə işlərini bir qədər də  gücləndirmişdir. Qəsəbə daxilində vergi ödəyicilərinin dəqiq uçotu aparılmış, əldə edilmiş məlumatlar “Bələdiyyələrin aftomatlaşdırılmış məlumat sistemi”nə daxil edilmişdir. 

Vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür. Qeyd etməliyəm ki, görülən işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki,  2017-cı ildə   Bakıxanov Bələdiyyəsinin Yerli büdcəsi 400  min manat nəzərdə tutulduğu halda, 549.323 manat təşkil etmişdir. Bu,  2016-cı illə müqayisədə 149 min manat, yəni 37.5 % çoxdur. Eyni zamanda hesab edirəm ki, işlərimizi bu ardıcıllıqla davam etdirəriksə  bu il daha yaxşı nəticələr  əldə edə bilərik. Artıq 2018-ci il üçün Yerli büdcə 550 min manat təsdiqlənmişdir.

2017-cı ildə Bakıxanov bələdiyyəsi tərəfindən  qəsəbənin hüdudları daxilində müxtəlif ünvanlarda o çümlədən, L.Məmmədbəyova, Aşıq Pəri,  X.Xasməmmədov, şamil Kamilov, əhməd Ağayev, Nazim ismayılov, Yavər əliyev, M.Fətəliyev, S.Mehmandarov, Ramiz Qəmbərov   küçələrində abadlıq işləri aparılmış, asfalt örtüyü vurulmuş, yol kənarlarına qazon örtüyü salınmışdır. Ümumilikdə 2017-ci il ərzində görülən abadlıq işlərinə 244.570  manat  vəsait xərclənilmişdir.

Eyni zamanda bələdiyyə tərəfindən qəsəbədə yaşayan aztəminatlı ailələrə  bayram sovqatları verilmiş, müxtəlif təyinatlı aylıq və birdəfəlik yardımlar göstərilmiş, bu məqsədlə ümumilikdə 4.500 manat vəsait xərclənilmişdir.

2017-cı ildə Bakıxanov  bələdiyyəsinə  müxtəlif məsələlərlə əlaqədar müraciət edən vətəndaşların sayı 115 nəfər, qəbula gələnlərin sayı 156 nəfər olub. əksər müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, digər müraciətlər isə maddi yardım göstərilməsi və məhəllədaxili yolların təmiri  ilə əlaqədar olmuşdur.

Təsərrüfat fəaliyyəti və qanunvericiliklə nəzərdə tutulmuş digər fəaliyyətlə məşğul olmaq və bununla da həm yerli büdcəyə daha çox vəsait cəlb etmək, həm də qəsəbə daxilində görülən  abadlıq və yenidənqurma işlərinə dəstək olmaq məqsədi ilə cari ildə Bakıxanov Bələdiyyəsinin nəzdində iki müxtəlifprofilli Məhdud Məsuliyyətli Cəmiyyət təsis edilmış və Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bunlar “Bakıxanov Bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti,  Xidmət” MMC və “Bakıxanov Bələdiyyəsi Taksi Xidməti” MMC-dir. Onu da qeyd edim ki, təsis edilən müəssisələrin fəaliyyəti  büdcə vəsaitlərinin artması ilə yanaşı vətəndaş bələdiyyə əlaqələrini də möhkəmləndirir. Həmçinin, müəsisələrin fəaliyyətinin bələdiyyə tərəfindən stimullaşdırılması başqa xidmət növlərindən fərqli olaraq, burada göstərilən xidmətin daha ucuz və keyfiyyətli olmasını da təmin edir.

 Müəssisələrin təsis olunması ilə həm də yeni iş yerləri açılmışdır. 4 ay ərzində Bakıxanov Bələdiyyəsində 7, “Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət” MMC-də isə 8 nəfər işlə təmin olunmuşlar.

Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinə müraciətimiz əsasında “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə icazə hüququ verən Xüsusi Lisenziya da alınmışdır.

Ötən dövr ərzində qəbul edilmiş sifarişlər əsasında təsis etdiyimiz MMC tərəfindən Sabuçu rayonunun Balaxanı, Sabunçu və Pirşağı qəsəbələrində, həmçinin Bakıxanov qəsəbəsində məhəllədaxili yollara asfalt-beton örtüyü salınmış, bir sıra fərdi yaşayış evlərinin layihə dizayn sənədləri hazırlanmış, Nəsimi rayon Bələdiyyəsinin sifarişi əsasında Nəsimi rayonunun Cavadxan küçəsində salınacaq “izmir” istirahət parkının layihələndirilmə işləri görülmüşdür. Bundan əlavə Bələdiyyə müəssisəsi sifarişlər əsasında yaşayış və qeyri-yaşayış sahələrinin  təmir işlərini, həmçinin əmlakın smeta dəyərini müəyyən edən qiymətləndirmə işlərini, eləcə də sığorta şırkəti ilə bağlanılmış müqavilə əsasında bütün əmlakın sığortalanması işlərini də həyata keçirir. Məlumat üçün bildirim ki, MMC-nin 4 ay ərzində gördüyü bu işlərdən 24.000 manat gəlir əldə olunmuşdur.

Hörmətli Adil Vəliyevin rəhbərliyi dövründə Sabunçu rayonunda aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi problemlərin həlli, təhsil, səhiyyə və mədəniyyət sahələrindəki irəliləyişlər böyük əhəmiyyət kəsb edir. Görülən işlərin nəticəsi olaraq, Sabunçu rayonu, o cümlədən də Bakıxanov qəsəbəsi günü-gündən abadlaşır və yeni görkəm alır. Biz də öz növbəmizdə Bakıxanov Bələdiyyəsi olaraq qəsəbəmizin abadlıq-quruculuq işlərində yaxından iştirak edirik və bundan sonra da bütün qüvvələrimizi bu istiqamətdə səfərbər edəcəyik.

2018-ci ildə Bakıxanov Bələdiyyəsinin qarşısında bir çox mühüm işlər durur.  Tədbirlər planına uyğun olaraq,  Leyla Məmmədbəyova, Yaqub əliyev, Aşıq Pəri, Sülh, inşaatçılar, ə.Anaplı, H.Araslı, əli Kərim, əkrəm Cəfərov, Hüseyn Cavid, Krılov, Yavər əliyev  küçələrində yollara asfalt örtüyünün vurulması, qəsəbənin hüdudları daxilində  abadlıq  və  yaşıllaşma   işlərinin   aparılması nəzərdə tutulmuşdur.

Gələcəkdə qəsəbə sakinlərini daha ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə Bələdiyyə müəssisəsi Abşeron rayonunun Məhəmmədi kəndinin Savalan qəsəbəsinə yaxın ərazisində 3 ha torpaq sahəsini uzunmüddətli icarəyə götürmüşdür.

Bundan əlavə Bələdiyyənin nəzdində publik hüquqi şəxs qismində uşaq baxçasının yaradılması üçün Nizamnamə hazırlanaq təsdiq olunması üçün Vergilər Nazirliyinə təqdim olunmuşdur. Uşaq baxçasının açılması üçün hazırlanmış layihə  “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq  mart ayının   15-dək Maliyyə Nazirliyinə təqdim olunacaqdır.

Təsis etdiyimiz “Bakıxanov Bələdiyyəsi Taksi Xidməti” MMC-nin fəaliyyətə başlaması üçün bəzi çətinliklərin olmasına baxmayaraq bu istiqamətdə də təşkilati-hazırlıq işlərimiz görülməkdədir. Bu il bələdiyyə müəssisələrinin fəaliyyətini daha da genişləndirməyi nəzərdə tutmuşuq. Belə ki, gələcəkdə hər iki müəssisəmizin 24 saat ərzində xidmət göstərməsini planlaşdırırıq.

Eyni zamanda  qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə əhaliyə   xidmətin səviyyəsini yüksəltmək Bakıxanov bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir.

 Bakıxanov Bələdiyyəsi rayonumuzun müvafiq qurumları ilə birlikdə qəsəbəmizin sosial-iqtisadi inkişafında və ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gələcəkdir.

Ramiz Nəsibov

Sabuçu rayon Bakıxanov bələdiyyəsinin sədri

ŞƏRHLƏR