"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsi sakinlərə müraciət edib

--2016-08-26 / 01:05

Sabunçu rayon Bakıxanov bələdiyyəsi sakinlərə müraciət edib.

Bələdiyyədən verilən məlumata görə, məqsəd sakinlərə yerli vergiləri  vaxtında ödənilməsinə nail olmaqdır. Bunun üçün bələdiyyə Bakıda bələdiyyələr arasında ikinici olaraq onlayn ödəniş siteminə keçib.

Artıq xeyli vaxtdır ki, bələdiyyənin binasında ödəmə terminalı quraşdırılıb.

Müraciətin sonunda deyilir:

“Hörmətli sakinlər!

Artıq Yerli (Bələdiyyə) büdcəyə olan əmlak və torpaq vergisi üzrə borclarınızı istənilən ünvandan (eləcə də Bakıxanov bələdiyyəsində) yerləşən E-manat ödəniş terminalında ödəyə bilərsiniz.”

Belediyye.info

ŞƏRHLƏR