Sabunçu rayon Bakıxanov bələdiyyəsi sakinlərlə görüş keçirib.
Görüşdə qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, bələdiyyə üzvləri, bələdiyyə qulluqçuları və Azərbaycan Milli Bələdiyyə Assosiasiyasının təmsilçiləri iştirak ediblər.
Görüşü açan Bakıxanov bələdiyyəsinin sədr müavini Hadir əsədov Azərbaycanda keçirilən "Yerli demokratiya həftəsi"nin əhəmiyyətindən və bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışaraq, həftə ərzində görülən və görüləcək işlərdən danışıb.
Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov bələdiyyənin 2016 -cı ildə həyata keçirdiyi layihələrdən danışaraq, ictimaiyyətin bu işdə fəal olmasından, yerli vergilərin ödənilməsində məhəllə komitələrin işindən danışıb. O çıxışında həmçinin demokratiya həftəsi çərçivəsində görüləcək işlərin mahiyyətini görüş iştirakşılarına açıqlayıb.
Sonda görüş iştirakşılarını maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info
|
|
|
|
|
|