Sabunçu Bələdiyyələrinin əlaqələndirmə şurasının növbəti iclası baş tutub.
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir Sabunçu rayon Bələdiyyələrinin əlaqələndirmə şurasının sədri, Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibovun təşəbbüsü ilə bələdiyyənin inzibati binasında keçirilib.
Tədbirdə çıxış edən şura sədri R.Nəsibov rayonda formalaşan 10 bələdiyyənin üçünün sədrinin xanım olduğunu və bu bələdiyyələrdə çoxlu sayda xanım bələdiyyə qulluqçusunun çalışdığını bildirib.
Natiq çıxışında qeyd edib ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
Sədr daha sonra bildirib ki, xalqımızın ümummilli lideri Heydər əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident ilham əliyevin uğurla davam etdirdiyi siyasi kursun tərkib hissəsi kimi qadınların bütün sahələrdə normal fəaliyyətlərinin təmin edilməsi üçün mühüm işlər görülüb. Bu gün əldə olunmuş uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər əliyev Fondunun prezidenti Mehriban əliyevanın misilsiz xidmətləri var.
Görüşdə iştriak edən xanımlar hər zaman onlara göstərilən qayğıya görə təşəkkür ediblər.
Tədbirdə rayonda formalaşdırılan on bələdiyyənin sədrləri və bələdiyyə qulluqçuları iştirak ediblər.
Sonda xanımlara hədiyyələr təqdim edilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|