sorğu
Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibovun Belediyye.infoya verdiyi məlumata görə, Sabunçu rayon icra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıxanov dəmir yol stansiyasının ətrafında olan və Y.əliyev küçəsində yerləşən ərazidə yeni parkın salınmasına start verilib.
Təmir işlərində Bakıxanov bələdiyyəsinin də yaxından iştirak etdiyi parkın ərazisi əvvəllər yaşıllıq zolağı olsa da, ərazidə əhalinin istirahəti üçün hər hansı şərait yaradılmamışdı.
Sədrin sözlərinə görə, ərazidə əhalinin, xüsusən də uşaqların mədəni istirahəti üçün bütün şəraitin yaradılması nəzərdə tutulub.
Parkın yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|