sorğu
Sabunçu rayonu Bakıxanov bələdiyyəsi qəsəbədə əhalinin hərəkətinin yaxşılaşdırmaq məqsədiylə abadlıq işlərini davam etdirir. Bu məqsədlə bələdiyyə iclasının qərarıyla Bülbülə qəsəbəsi istiqamətində yeni yolun salınmasına start verib.
Bələdiyyə sədri Ramiz Nəsibovun Belediyye.infoya açıqlamasında bildirilir ki, qəsəbənin ş.Kamilov küçəsindən Bül-bülə qəsəbəsi istiqamətində əhalinin gediş- gəlişi üçün rahatlığının təmin olunması məqsədi ilə yeni yolun çəkilişinə başlayıb. Hazırda Bülbülə gölünün yanından keçən yolun ilkin hazırlıq işləri başa çatmaq üzrədir.
Bələdiyyə həyata keçirdiyi layihənin bir ay müddətinə başa çatacağı gözləilir.
Belediyye.info
|
|
|
|
|
|
|