Sabunçu rayonu Bakıxanov bələdiyyəsində sədr dəyişikliyi baş verib. Bələdiyyənin sədr müavini işləyən Ramiz Nəsibov bələdiyyənin yeni sədri seçilib. Bundan əvvəl isə sədr işləmiş Nadir əsədov səhhətiylə əlaqədar öz ərizəsiylə vəzifəsini tərk edib.
Xatırladaq ki, yeni sədr bələdiyyə iclasında fəaliyyət proqramını açıqlayıb. əsasən bələdiyyə vergilərinin yığımına, ərazidə olan sənədsiz və zəbt olunmuş ərazilərin vergiyə cəlb ediləcəyini bildirib. Rayonda aparılan abadlıq quruculuq işlərinə bələdiyyənin töhvə verməli olduğunu bildirən yeni sədr, aztəminatlı ailələrə ciddi şəkildə qayğının göstəriləcəyinə və bələdiyyə qulluqçularının maddi rifah halının yaxşılaşdırılmasına çalışacağını qeyd edib.
Sabunçu rayonunda on bələdiyyədən biri olan Bakixanov bələdiyyəsinin 17 nəfər üzvü vardır.