"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov bələdiyyəsində ümumi iclas keçirilib

--2017-10-31 / 14:39

Sabunçu rayon Bakıxanov  bələdiyyəsində “Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində görüləcək işlərin intensivləşdirilməsi məqsədi ilə ümumi iclas keçirilib.

Bu barədə məlumatı Bakıxanov bələdiyyəsi yayıb.

iclasda bələdiyyə sədrinin 1 müavini Nadir əsədov görülmüş və görüləcək işlər barədə məlumat verib. iclasda qərara alınıb ki, q əsəbənin bütün ərazisində vergi müfəttişləri vasitəsilə əhali ilə fərdi görüşlər keçirilsin, onları maraqlandiran suallar cavablandırılsın.

Eyni zamanda qərara alınib ki, həftənin 5-ci günü, günün 2-ci yarısında Bakıxanov bələdiyyəsində həftə ərzində görülmüş işlərə yekun vurmaqla Sabunçu rayon bələdiyyələrinin və Sabunçu rayon Bələdiyyələr şurasının Sabunçu rayon əhalisi ilə geniş görüş keçirilsin.

Demokratiya həftəsinin 2 günü Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibov “Açıq qapı” günü çərçivəsində vətəndaşların qəbulunu davam etdirib.

Bakıxanov bələdiyyəsində “Demokratiya həftəsi“uğurla davam edir.

Belediyye.info

ŞƏRHLƏR