Bakıxanov bələdiyyəsinin 2021-cı ildə gördüyü işlər barədə hesabatı təqdim etməzdən öncə Yerli büdcənin icra vəziyyəti barədə məlumat vermək istərdim. Bakıxanov bələdiyyəsinin 2021-ci il üzrə gəlirləri 550.000,0 manat nəzərdə tutulmuşdur. Tərtib edilən cədvəldə qeyd olunan rəqəmlərdən görünür ki, bələdiyyə büdcəsinə fiziki şəxslərdən torpaq vergisi üzrə 93.262.0 manat, əmlak vergisi üzrə 291.474,0 manat, bələdiyyə əmlakının icarəyə verilməsindən 11.111.0 manat, dövlət büdcəsindən isə 95.000.0 manat dotasiya daxil olmuşdur. Ümumilikdə 2021-ci il ərzində büdcəyə 490847.0 manat vəsait daxil olmuşdur.
Bələdiyyə büdcəsinin tam formalaşması Yerli vergilərin büdcəyə daxil olmasının təşkilindən asılıdır. Yerli büdcəyə daxilolmaların artımına nail olmaq məqsədi ilə tərəfimizdən mütəmadi olaraq, tədbirlər görülür, yüksək mərtəbəli binalardan əmlak vergisinin toplanması istiqamətində əhali arasında geniş maarifləndirmə işlərinin aparılması ilə yanaşı, qəsəbədə yerləşən fərdi yaşayış evlərinin və ticarət obyektlərinin dəqiq uçotunun aparılması davam etdirilir. Eyni zamanda hər il olduğu kimi bu il də “inzibati icraat haqqında” qanuna müvafiq olaraq, vergidən yayınan vətəndaşlara öncədən xəbərdarlıqlar göndərilmiş, akt və inzibati akt tərtib edilməklə icra və Probasiya şöbəsinə müraciət olunmuşdur. Belə ki, 2021-ci il ərzində tərtib olunmuş 40 sayda akt üzrə 49075.92 manat pul tələbi qoyulmuş, icra olunmuş 35 sayda akt tələbi üzrə büdcəyə 45211.00 manat vəsait daxil olmuşdur.
Bələdiyyə tərəfindən görülən işlərin həcmi büdcəyə daxilolmaların həcmindən asılıdır, nə qədər cox vəsait daxil olarsa yerli sosial məsələlərin həlli istiqamətində bir o qədər cox iş görə bilərik ki, bu da bələdiyyənin nüfuzunun sakinlər arasında artması deməkdir.
2021-ci il ərzində qəsəbənin müxtəlif ünvanlarında abdlıq işləri aparılmışdır. Belə ki, Y.əliyev, Bağüstü, Aşıq Pəri, ə.Kərim, ərəblinski, M.ş.Vazeh küçələrində, ş.Kamilov 21 və 11, Sülh küçəsi 1A və 2/6, Hacınski 37-39, məhəllə 4090/94, X.Xasməmmədov 5 və 5a, Axundov küçəsi 14, Gənclik 33, ə.Ağayev 45, S.Qocayev küçəsi 29 c saylı ünvanlarda sakinlərin müraciəti əsasında məhəllədaxili yollara asfalt örtüyü vurulmuş, Bakıxanov parkında sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılmış, M.Fətəliyev və S.Mehmandarov küçələrində yaşıllaşma işləri aparılmış qazon örtüyü vurulmuş, Aşıq Pəri küçəsində yerləşən qəbiristanlıqda abadlıq işləri aparılmış, daxili yollar asfaltlanmış, qəbiristanlığın hasarı bərpa edilmişdir. Görülən abadlıq işlərinə il ərzində Yerli büdcədən ümumilikdə 337995.35 manat vəsait ayrılmış və təyinatı üzrə xərclənilmişdir. Görülən işlər və ayrılan vəsait hər ay keçirilən iclaslarda müzakirə olunaraq, qərarlar qəbul edilmişdir.
2021-ci il ərzində vətəndaşlar tərəfindən bələdiyyəyə 25 sayda ərizə daxil olmuşdur ki, bu ərizələr məhəllədaxili yolların təmiri, qurumuş ağacların götürülməsinə köməklik məqsədi ilə, maddi yardım, torpaq sahəsinin ayrılması, sənədləşməsi və sair məzmunlarda olmuşdur. ərizələr yerində araşdırılmış aidiyyatı üzrə müvafiq tədbirlər görülməklə cavablandırılmışdır. Qəbula gələn vətəndaşların sayı 722 nəfər təşkil etmişdir. Maddi yardımla bağlı müraciət edən Qarabağ Müharibə Qazisinə birdəfəlik 500.0 manat maddi yardım göstərilmişdir. II Qrup əlil qəsəbə sakininə hər ay 30.0 manat maddi yardım göstərilmişdir. “20 Yanvar” Ümumxalq Hüzn güni ilə əlaqədar güllərin alınmasına Yerli büdcədən 2940.0 manat vəsait ayrılmış, şəhidlərin məzarı ziyarət edilmişdir. 2021-ci il ərzində 19 sayda bələdiyyə iclası keçirilmiş, protokol tərtib edilmişdir. Görülən işlər, maddi yardımlar bələdiyyə iclasına çıxarılımış, müzakirə olunmuş, icrası üçün vəsaitin ayrılması barədə müvafiq qərar qəbul edildikdən sonra icra olunmuşdur.
R.P.Nəsibov
Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin sədri