Sabunçu rayonu Bakıxanov bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, rayon bələdiyyələri arasında ilk olaraq qəsəbə bələdiyyəsinin internet resursu istifadəyə verilib. Resursda bələdiyyənin fəaliyyəti geniş şəkildə öz əksini tapıb. Bələdiyyənin strukturuna və gündəlik fəaliyyətinə geniş yer verildiyini deyən sədr Ramiz Nəsibov bildirib ki, yaxın günlərdə Sabunçu bələdiyyələrinin iştirakıyla resursun təqdimatının keçirilməsi nəzərdə tutulub. www.bakixanovbelediyyesi.az domeniylə resursa daxil olmaqla onlayn rejimdə bələdiyyəyə müraciət etmək olar.
Xatırladaq ki, hazırda paytaxtın 52 bələdiyyəsinin 23-nün internet resursu olsa da, onlardan yalnız Nəsimi, Nizami, M.ə.Rəsulzadə Xətai bələdiyyələrinin resursları daim aktiv edilir.
Belediyye.info