"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıxanov qəsəbə sakinlərinə hesabat verildi

--2017-02-01 / 16:55

Sabunçu rayon Gənclər evində Bakıxanov bələdiyyəsinin və Bakıxanov qəsəbə icra nümayəndəliyinin birgə hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak etdilər.

Yığıncaqda Rayon icra Hakimiyyətinin başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov və Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibov hesabat məruzəsi ilə çıxış ediblər.

 Yığıncaqda Bakıxanov  bələdiyyəsinin sədri Ramiz Nəsibov “Bakıxanov Bələdiyyəsinin 2016-ci ildə fəaliyyəti və 2017 ci ildə qarşıda duran vəzifələr barədə” məruzəylə çıxış edib. Sədr məruzəsində bələdiyyənin fəaliyyətinə ətraflı toxunub. Onun sözlərinə görə, 2016-ci ili bələdiyyə üçün düşərli il hesab etmək olar. Belə ki, nəzərdə tutulan 300 min manat büdcə gəlirləri əvəzinə 450 min manat vəsait toplanılıb. Bundan əlavə bələdiyyə qəsəbənin abadlıq işlərinə kifayət qədər böyük  vəsait ayıraraq ciddi layihələrə imza atıb.

Məruzə ətrafında qəsəbə sakinlərindən Mehrabov Mürvət, Mehtiyeva Fəridə, Abbasova Mehriban və başqaları çıxış edərək hər iki strukturun gördüyü işləri qənaətbəxş hesab edərək, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da xahiş ediblər.

Tədbirin sonunda Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev Prezident ilham əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan söz açaraq,  2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi və gələcəkdə Sabunçu rayonunun qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işləri diqqətə çatdırıb.

Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev  hər bir qurumun  istər icra nümayəndəliyin, istərsə də bələdiyyənin öz işinə məsuliyyətlə yanaşmalı olduğunu bildirərək, bu poroseslərdə xüsusən bələdiyyələrində üzərinə ciddi məsuliyyət yükünün düşdüyünü bildirib: “Bakıxanov qəsəbəsində  yerli bələdiyyə  bütün proseslərdə aktiv  iştirak etməsi  və qəsəbə icra nümayəndəliyi ilə birgə layihələri icra etməklə  icra aparatının apardığı işlərə  dəstək verir.”

Yekunda yığıncaqda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Belediyye.info 

ŞƏRHLƏR