Sabunçu rayon icra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinin və Bakıxanov Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.
Sabunçu rayon Gənclər evində baş tutan iclasda Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və məsul nümayəndələri iştirak ediblər.
iclası giriş sözü ilə açan icra başçısı Adil Vəliyev qəsəbə haqqında ümumi məlumat verərək, qəsəbədə həyata keçirilən layihələrdən danışıb. Çıxışında icra başçısı cari ildə icra Hakmiyyəti tərəfindən icrası nəzərdə tutulan işlərdən danışıb. Sahibkarlara müraciət edən A.Vəliyev onları rayon ərazisinə investisiya qoymağa çağırıb və bunun üçün onlara hər bir şəraitin yaradıldığını qeyd edib.
Çıxışında icra başçısı qəsəbədə təmizlik işlərində sakinlərində üzərinə düşən məsuliyyətdən danışaraq, qəzalı vəziyyətdə olan binaların söküntüsündə sakinlərlə üzləşdikləri məsələlərə də toxunub.
Adil Vəliyev çıxışında hər bir sakinin qəsəbənin abadlığına, təmizliyinə məsluyyət daşıdığını xüsusilə vurğulayıb.
icra Başçısının çıxşışından sonra qəsəbə nümayəndəsi Vidadi Səlimov və bələdiyyə sədri Ramiz Nəsibov görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənilərək aidiyyatı qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.
Bakıxanov bələdiyyəsinin fəaliyyətindən daim razı qaldığını qeyd edən icra başçısı yerli vergilərin yığımında bələdiyyəyə hər cür kömək göstəriləcəyini də qeyd edib.
Sonda icra başçısı öz nümayəndəsinin fəaliyyətinə qiymət verməklə və bələdiyyəyə də tövsiyəsini verib
Belediyye.info
|
|
|
|
|
|
|